menyu
iChat
500
Sual-Cavab
hansi dersi daha cox oxuyursan?
Total of answers: 2038
Giriş
Statistika

Total online: 1
Guests: 1
Users: 0
Main » 2011 » March » 3 » Elektron Təlimləndirən Sistemlər
6:39:12
Elektron Təlimləndirən Sistemlər
Fevralın 5-də Təhsil Nazirliyində xüsusi qayğıya ehtiyacı olan məktəbyaşlı uşaqlar üçün "Elektron Təlimləndirən Sistemlər” layihəsi çərçivəsində görülmüş işlərin müzakirəsinə həsr olunmuş tədbir keçirilib.


Tədbirdə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbər işçiləri, layihəni reallaşdiran "Nobel-T” MMC-nin əməkdaşları, Bakı şəhərindəki 219 nömrəli evdə məktəbin layihənin həyata keçirilməsi üçün cəlb olunmuş 30 nəfər xüsusi qayğıya ehtiyacı olan şagird və müəllimi iştirak edib.
Tədbir iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov qeyd edib ki, ölkə Prezidenti tərəfindən təsdiq olunmuş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində ölkədə distant təhsilin inkişaf etdirilməsi, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan şagirdlərin bu prosesə daha yaxından cəlb olunması məqsədilə "Elektron Təlimləndirən Sistemlər” layihəsi işlənib hazırlanıb. Layihə üzrə görülmüş işlərin gedişi ilə tanış olmaq üçün bir neçə dəfə müvüfiq tədbirlərin keçirildiyini bildirən nazir deyib ki, layihənin əsas məqsədi məsafədən təhsilin inkişafı, layihəyə cəlb edilmiş xüsusi qayğıya ehtiyacı olan şagirdlərin təhsilalma imkanlarının artırılması, onların kompüter və elektron resurslardan istifadə bacarıqlarının təkmilləşdirilməsi və internetə çıxış imkanlarının yaxşılaşdırılmasından ibarətdir. Layihə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirləri nəzərə çatdıran təhsil naziri, ilk növbədə 30 şagird və 7 müəllim heyətinə ən yeni proqramlarla təchiz olunmuş noutbukların təqdim ediləcəyini bildirib. Nazir deyib ki, dərs prosesinin idarə edilməsi məqsədi ilə müəllimlər üçün ayrilan tədris məkanı yüksək sürətli internet və intranet bağlantılarla təchiz olunacaq, təlim məsafəsi əsasında 16 təlimçi müəllim heyəti hazırlanacaq, təlimçilər tərəfindən məktəbyaşlı uşaqlar üçün məsafədən təhsilin köməyi ilə təlim məsəfəsi əsasında təlimlər təşkil olunacaq. Layihənin həyata keçirilməsində Heydər Əliyev Fondunun göstərdiyi dəstəkdən bəhs edən təhsil naziri bu işdə əməyi olan bütün təşkilatlara təşəkkürünü bildirib.
Sonra təhsil naziri Bakı şəhətindəki 219 nömrəli evdə məktəbin 30 şagird və müəlliminə noutbuklar, sertifikatlar təqdim edib, onlara uğurlar arzulayıb.
219 nömrəli evdə məktəbin direktoru Sədaqət Məmmədova bu layihənin əhəmiyyətindən danışıb, göstərdikləri yüksək qayğıya görə Heydər Əliyev Fonduna, Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, "Nobel-T” MMC-yə, eləcə də rəhbərlik etdiyi tədris ocağının müəllim və şagirdlərinə təşəkkürünü bildirib.

muellif: edu.gov.az sayti
edu.gov.az saytina tesekkur edirik...
Views: 1350 | Added by: Admin | Rating: 5.0/1
Total comments: 6
6 umid  
1
halal olsun serxan aferin

5 Medine  
1
Salam Serxan.cox gozel hazirlayibsan bu sayti.cox beyendim.sene coxlu ugurlar arzu edirem.gozel arzularla medine

4 Nigar  
1
Salam..aferin coox gozel hazirlamisann...insallah heyatda ugurlar qazanarsan..
gozel arzularla Nigar

3 Salam  
1
İnaniram butun sizin məktəbin şagirdləri bundan bəhrələnəcək və bu layihəyə qoşulacaq.

2 Munir Tahirov  
1
Salam. Halal olsun - coooox gozel hazirlamisan.
InshAllah daha yaxshi nailiyyetler elde edesen!

1 Admin  
0
Bu gozel xeberdi wacko

Only registered users can add comments.
[ Registration | Login ]
Kalendar
«  March 2011  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Musabiqe.Edu.Az