XALQIN FEXRI OGLU.. - 6 March 2011 - 219 evde mekteb
menyu
iChat
500
Sual-Cavab
hansi dersi daha cox oxuyursan?
Total of answers: 2012
Giriş
Statistika

Total online: 1
Guests: 1
Users: 0
Main » 2011 » March » 6 » XALQIN FEXRI OGLU..
1:40:34
XALQIN FEXRI OGLU..

Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutdu. O 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başladı. Ancaq yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənmədi. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona gərə də Çingiz əlahiddə olaraq 215 kl studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə 215 kl studiyasını da tamaşaçılar məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər..


Çingiz Mustafayev Azərbaycan-Ermənistan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsl salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əskərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə pərvəriş tapırdı. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O cəbhədə bir əsgər, zabit və hətta komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı ən yeni teletarixin ən dramatik səhifələridir..


Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədədə həlak oldu. 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi.

Ailəsi.


Evli idi, bir övladı yadigar qalıb..


Milli Qəhrəman.


Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Mustafayev Çingiz Fuad oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

DİN-nin Şüvalandakı istirahət guşəsi, Bakı küçələrindən biri, ANS-ÇM radiostansiyası, Azərbaycan gəmilərindən biri qəhrəmanımızın adını daşıyır.

Yaşadığı binanın önündə barelyefi vurulub.

C.Naxçıvanski adına Hərbi Litseydə büstü qoyulub.

Operator Vahid Naxışın qardaşıdır.
Ssenari müəllifi Seyfulla Mustafayevin qardaşıdır.
Fuad Mustafayevin oğludur.
Naxış Mustafayevanın oğludur.
Oğlunun adı Fuad Mustafayevdir.

muellif: Dolu.Biz
Views: 437 | Added by: Admin | Rating: 0.0/0
Total comments: 3
3  
ALLAH REHMET ELESIN!!!
SEHIDLIK ZIRVESI ALLAH DERGAHINDA EN YUKSEK YERLERDEN BIRIDIR

2  
sen ölumunle bizim kimi genclere en gozel orneksen!!!!!

1  
onsuzda şəhidlər ölmür hərzaman qəlbimizdəsən ALLAH REHMET ELESİN!!!!!!!!!

Only registered users can add comments.
[ Registration | Login ]
Kalendar
«  March 2011  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Musabiqe.Edu.Az