11 aprel tarixində Azərbaycan Respublikası Təhsil nazirliyi tərəfindən "Elektron Təhsil” Respublika müsabiqəsinin başlanmasına start verildi. Müsabiqə "2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir və Microsoft Azərbaycan, İntel korporasiyasının "Gələcək üçün təhsil” proqramı, Azerfone - Vodafone, AZEDUNET, Ultra, HP, MƏDƏD təşkilatları tərəfindən dəstəklənir.
Təhsil sisteminin 56 minə yaxın pedaqoji işçisi və inzibati idarəetmə heyətinin əməkdaşları İKT sahəsində ixtisasın artırılması üzrə təlimlər keçib. Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsi tərəfindən təlimlərin keçirilməsi üçün Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri, eləcə də respublikanın 33 rayonunda fəaliyyət göstərən 100-ə yaxın təlim mərkəzi yaradılıb. Təlimlər 250 təlimatçı tərəfindən keçirilir.